logo

Göyçayda 20 yaşlı gənc itkin düşüb

17:49 13-09-2021 | icon 1862
Göyçayda 20 yaşlı gənc itkin düşüb

Göyçay rayonunun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu  itkin düşüb. 

 YeniAvropa xəbər verir ki, bu barədə Göyçay rayon Polis Şöbəsindən bildirilib.

Qeyd edilib ki, uadın ailə üzvləri Polis Şöbəsinə müraciət edərək gəncin ötən gün yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığını bildiriblər.

Fuad Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngli çəkələk olub.

Onu görün şəxslərdən Göyçay rayon Polis Şöbəsinə, yaxud 050 - 853-65-21 (Valeh, əmisi oğlu) telefon nömrəsinə zəng etmələri xahiş olunur.