logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 103 min nəfəri ötüb

15:43 13-09-2021 | icon 2765
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 103 min nəfəri ötüb

Sentyabrın 13-də Azərbaycanda 1266 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 611 min 206, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 508 min 115, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 103 min 91 nəfər təşkil edir.