logo

Ceyhun Bayramov Türkiyə XİN başçısının müavini ilə görüşüb

12:53 13-09-2021 | icon 1498
Ceyhun Bayramov Türkiyə XİN başçısının müavini ilə görüşüb

Sentyabrın 13-də xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Faruk Kaymakcının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşüb. Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir Mevlüt Çavuşoğlunun salamlarını Ceyhun Bayramova çatdıran Faruk Kaymakçı ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd edib. Nazir müavini Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın yardımını yüksək qiymətləndirərək, bu xüsusda təşəkkürünü ifadə edib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar.