logo

Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri görüşdü

11:31 13-09-2021 | icon 1526
Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri görüşdü

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi ordu generalı Yaşar Gülər Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ilə görüşüb.

 YeniAvropa xəbər verir ki, bu barədə  “Anadolu" agentliyi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz Türkiyə Respublikasına həyata keçirilir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Səfər sentyabrın 14-dək davam edəcək.