logo

Ramin Bayramlının müşaviri də istefa ərizəsi yazdı

11:10 13-09-2021 | icon 2534
Ramin Bayramlının müşaviri də istefa ərizəsi yazdı

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib.

 YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova həvalə edilib.