Qazaxıstan parlamentinin nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub
Ölkəmizdə səfərdə olan Qazaxıstan parlamentinin aşağı palatası-Məclisin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 12-də Şuşa və Füzuli şəhərlərində olub.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, nümayəndə heyətini Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov müşayiət ediblər.
Şuşada qonaqlar Qala divarları, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi ilə tanış olub, Bülbülün ev muzeyinə, Xalça muzeyinə baş çəkib, Cıdır düzündə və İsa bulağında olublar. Qonaqlara məlumat verilib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra bu abidələr prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətləri altında bərpa edilib.
Həmin gün Qazaxıstan parlament nümayəndə heyətinin üzvləri Füzuli şəhərinə gəliblər. Onlar burada yeni istifadəyə verilmiş Füzuli Hava Limanında olublar. Qonaqlara məlumat verilib ki, qısa müddətdə tikilmiş hava limanına bu günlərdə ilk sınaq uçuşları keçirilib və hava limanı həm yük, həm də sərnişin təyyarələrini qəbul etmək imkanına malikdir.
Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına əsasən tikilib. Bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Xatırladaq ki, Qazaxıstan parlamenti iki palatadan Məclis və Senatdan ibarətdir.
Senat 47 üzvdən(32-i birbaşa seçilir, 15 üzv prezident tərəfindən təyin olunur),
Məclis isə 107 üzvdən( 98 üzv partiya siyahıları üzrə seçilir, 9 mandat isə Qazaxıstan Xalqları Məclisi tərəfindən ölkədə yaşayan azsaylı xalqların təmsilçilərinə verilir) ibarətdir.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib