Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, məşhur futbolçu 80 yaşında vəfat edib.
Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "Neftçi"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.
Ümumilikdə isə keçmiş müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarda isə 19 görüşdə meydana çıxıb.
Xatırladaq ki, Yaşar Babayev 1963-1971-ci illərdə "Neftçi"nin heyətində çıxış edib.