logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 102 min nəfəri ötüb

16:12 12-09-2021 | icon 1113
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 102 min nəfəri ötüb

Sentyabrın 12-də Azərbaycanda 52 min 386 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 108, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 min 278 nəfər təşkil edib.

Azərbaycanda bu günədək vurulan vaksinlərin ümumi sayı 7 milyon 609 min 940, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 507 min 38, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 102 min 902 nəfərə çatıb.