logo

Dünyada koronavirusdan ölənlərin sayı 4 milyon 624 min nəfəri ötüb

10:47 12-09-2021 | icon 3185
Dünyada koronavirusdan ölənlərin sayı 4 milyon 624 min nəfəri ötüb

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka da nəzərə alınmaqla 224 milyon 272 min 830 təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Cons Xopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, virusun yayılmasının əvvəlindən bu günə kimi COVID-19-dan ölənlərin sayı 4 624 806 nəfərə çatıb.

COVID-19-a ölkə üzrə 20 milyon nəfərdən artıq yoluxma hallarına görə ilk üçlüyə ABŞ, Hindistan və Braziliya daxildir. ABŞ həm də koronavirus qurbanlarının sayına görə dünyada birincidir.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.