logo

Bakıda “Üç Qardaş - 2021” Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimi keçirilir

09:28 12-09-2021 | icon 7623
Bakıda “Üç Qardaş - 2021” Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimi keçirilir

Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

“Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.