logo

XİN:"Hər hansı statusdan söhbət gedə bilməz"

20:17 11-09-2021 | icon 1764
XİN:"Hər hansı statusdan söhbət gedə bilməz"

ABŞ-ın Ermənistandakı səfiri “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir” söyləyib. ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Azərbaycan prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb.

YeniAvropa xəbər verir ki, bu sözləri XİN-in mətbuat katibi Leyla Abdullayeva  söyləyib.

“Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır. Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir”, - deyə Leyla Abdullayeva qeyd edib.