logo

Azərbaycan Gorus-Qafan yolunda post qurub 

17:47 11-09-2021 | icon 1722
Azərbaycan Gorus-Qafan yolunda post qurub 

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb.

YeniAvropa xəbər verir ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarımızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.

“Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur”,-deyə DİN rəsmisi bildirib.