logo

Zakir Həsənov Hulusi Akara başsağlığı verib

16:46 11-09-2021 | icon 1834
Zakir Həsənov Hulusi Akara başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, başsağlığı məktubunda Suriyanın İdlib şəhərində xaincəsinə edilmiş hücum nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatların dərin kədər hissi ilə qarşılandığı ifadə edilib. Azərbaycanın müdafiə naziri həlak olanlara rəhmət diləyib, yaralılara Tanrıdan şəfa diləyib.

“Sizin acınız bizim də acımızdır” ifadəsinin xüsusi vurğulandığı məktubda, həmçinin Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorizmlə mübarizə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminlik ifadə olunub və qardaş ölkənin ordusuna uğur arzu edilib.