logo

Gürcüstanda 20 yaşlı futbolçu "COVİD-19"dan öldü

15:20 11-09-2021 | icon 3297
Gürcüstanda 20 yaşlı futbolçu "COVİD-19"dan öldü

Gürcüstanın "Vit Corciya 2" komandasının futbolçusu Vaxtanq Çarkviani dünyasını dəyişib.

YeniAvropa futbol klubunun rəsmi saytına istinadla xəbər verir ki, 20 yaşlı oyunçunun ölümünə koronavirus səbəb olub.

Qeyd edilib ki, 12 gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Vaxtanq Çarkviani Tbilisi "Dinamo"sunun yetirməsidir. O, Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət yığmasında da çıxış edib.