logo

AQTA Binəqədidəki “Rahat” supermarketdə nöqsanlar aşkar edib

14:15 11-09-2021 | icon 1778
AQTA Binəqədidəki “Rahat” supermarketdə nöqsanlar aşkar edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) daxil olan müraciət əsasında Binəqədi rayonunun Binəqədi qəsəbəsində yerləşən “Rahat” supermarketdə araşdırmalar aparılıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, yoxlama zamanı toyuq məhsullarının saxlanıldığı vitrinlərdə saxlanma rejiminə riayət edilmədiyi, məhsulun etiket məlumatlarına əsasən soyudulmuş toyuq məhsullarının saxlanma rejimi +20°-də 5 gün qeyd olunduğu halda, ticarət şəbəkəsinin vitrinlərində məhsulların 12° temperaturda saxlanıldığı aşkarlanıb.

Aşkar edilmiş faktla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, nöqsanların aradan qaldırılması istiqamətində qida təhlükəsizliyi sahəsində texniki-normativ aktların tələbləri izah olunub və icrası məcburi göstərişlər verilib.