logo

Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

13:53 11-09-2021 | icon 1771
Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla yerinə yetiriblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdikləri peşəkarlıq yüksək qiymətləndirilib.