logo

General Rüstəm Muradov xələfini Zakir Həsənovla görüşə gətirdi

18:58 10-09-2021 | icon 1946
General Rüstəm Muradov xələfini Zakir Həsənovla görüşə gətirdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb.

 

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, sonra general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu müdafiə nazirinə təqdim edib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə olunub.