logo

Türkdilli dövlətlər Azərbaycana 13,5 milyard dollar investisiya yatırıb

17:35 10-09-2021 | icon 2744
Türkdilli dövlətlər Azərbaycana 13,5 milyard dollar investisiya yatırıb

1995-ci ildən 2021-ci ilin I rübünün sonunadək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 milyard ABŞ dolları investisiya yönəldib.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sentyabrın 10-da Bakıda keçirilən “İşğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpasına və inkişafına həsr olunmuş türkdilli dövlətlərin biznes forumu”nda deyib.

Nazir daha sonra qeyd edib ki, Azərbaycan isə sözügedən ölkələrin iqtisadiyyatına 8,6 milyard dollar investisiya yatırıb.