logo

İlham Əliyev Əziz Səncəri "Prezidentin fəxri diplomu” ilə təltif edib

14:41 10-09-2021 | icon 630
İlham Əliyev Əziz Səncəri "Prezidentin fəxri diplomu” ilə təltif edib

Prezident İham Əliyev sentyabrın 10-da Əziz Səncərin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin".

Qeyd edək ki, Əziz Səncər 1946-cı ildə Türkiyənin Mardin şəhərində dünyaya gəlib. 1997-ci ildən ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində biokimya və biofizika proqramı üzrə işləyir.

DNT sahəsində araşdırmaları ilə tanınır.

Ə.Səncər 2015-ci ildə kimya sahəsi üzrə Nobel mükafatına layiq görülüb.