İlham Əliyev “Kəlbəcər” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.
YeniAvropa xəbər verir ki, bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlət başçısına görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.
Uzunluğu 141 metr, eni 16.9 metr olan “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7,800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.
Yeni tanker Bakı gəmiqayırma zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir. Bu tip 4 tanker sifariş verilib ki, hazırda yerli mütəxəssislər tərəfindən ikisinin tikintisi davam etdirilir. Ümumilikdə, zavoda 10 yeni gəminin tikintisi ilə bağlı sifariş verilib ki, onların da artıq altısının, o cümlədən 1 yedək, 3 sərnişin, 1 Ro-Pax tipli gəmi-bərənin və 1 tankerin tikintisi başa çatdırılaraq istismara verilib. Hazırda daha 2 neft tankeri ilə yanaşı, Ro-Pax tipli bir gəmi-bərənin inşası davam etdirilir. Gəmilərin tikintisi əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşir. Bu da yerli gəmi tikintisi sənayesinin inkişafına töhfə verir.
Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla, 11 gəmi istismar olunur. Heyətləri yalnız yerli mütəxəssislərdən ibarət olan bu gəmilər tanınmış dövlət-mədəniyyət xadimlərimizin, rayon və şəhərlərimizin adlarını daşıyır. Bu ilin sonunadək “Prezident Heydər Əliyev”, “Kəlbəcər” və “Şuşa” tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq.
Rusiya sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk edir
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir
Sabah Bakıda 26° isti olacaq
Bakı-Dubay reysi ilə uçan AZAL-ın təyyarəsi yarıyoldan qayıdıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib
Bu gün Xaçmaza elektrik enerjisi verilməyəcək-Səbəbi?
Portuqaliya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub
Hadı Rəcəbli vəfat edib
Paytaxtda avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs saxlanılıb
Tovuz istiqamətində kəşfiyyat uçuşu edən kvadrokopter zərərsizləşdirilib
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır-XİN
Qırğızıstan "TikTok"u qadağan edir
İlham Əliyev AQFETM-in baş katibini qəbul edib
Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Azərbaycan nefti 93,06 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq
Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib
Bir sıra ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyulub
Aleksandar Vuçiç dəstək üçün İlham Əliyevə zəng edib
Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək
Bakıda güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etdi-30 sutka həbs olundu