logo

Meriya paytaxt sakinlərinə xəbərdarlıq etdi: küçəyə çıxmayın

12:10 10-09-2021 | icon 1463
Meriya paytaxt sakinlərinə xəbərdarlıq etdi: küçəyə çıxmayın

Ölkədə koronavirus pandemiyasına yoluxanların sayı yenə yüksək həddə olduğundan vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər davam etdirilir.

Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bu tədbirlər çərçivəsində sabah, sentyabrın 11-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.