logo

Ərini öldürüb qəbiristanlıqda kolluğa atan qadının məhkəməsi başlayır

11:33 10-09-2021 | icon 1554
Ərini öldürüb qəbiristanlıqda kolluğa atan qadının məhkəməsi başlayır

Doqquz il əvvəl Neftçala rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işinin istintaqı başa çatdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib 2013-cü il fevralın 9-da Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbiristanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, lakin cinayəti törətmiş şəxsin müəyyənləşdirilməsi mümkün olmayıb.

İstintaqla müəyyən olunub ki, zərərçəkmişin arvadı Dilşad Mənəfova 2012-ci il dekabrın 27-də birgə yaşadıqları evdə olarkən saat 21 radələrində əri Mayis Mənəfov ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gələrək sərxoş vəziyyətindən istifadə edib mətbəx bıçağı ilə onun kürək nahiyəsinə zərbə vuraraq qəsdən öldürüb. O, daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə qardaşlarının köməyi ilə dekabrın 28-nə keçən gecə qonşuların yatmasından və ətrafda heç kimin olmamasından istifadə edib meyiti avtomobil ilə daşıyaraq qəbiristanlığın yanındakı kolluq əraziyə atıb.

Dilşad Mənəfova cari il iyulun 12-də Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılıb və baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.