logo

Şabranlı 19 yaşlı qadın üçəm dünyaya gətirdi

10:31 10-09-2021 | icon 1582
Şabranlı 19 yaşlı qadın üçəm dünyaya gətirdi

Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.

YeniAvropa xəbər verir ki, Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır.

Həkimlər bildirib ki, hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır.

Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub.