logo

Azərbaycan gənclərinin Şuşaya səfəri başlayıb

09:15 10-09-2021 | icon 1442
Azərbaycan gənclərinin Şuşaya səfəri başlayıb

Sentyabrın 10-da gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.

 YeniAvropa xəbər verir ki, səfər Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndələri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tarixi-mədəni abidələrlə, erməni vandalizminə məruz qalmış məscidlərlə, eləcə də qədim şəhərin görkəmli yerləri ilə tanış olacaqlar.

Qeyd edək ki, bundan əvvəl gənclər təşkilatlarının nümayəndələri Gənclər Fondunun təşkilatçılığı ilə Ağdam şəhərinə səfər ediblər.