logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 987 min nəfəri ötüb

18:49 09-09-2021 | icon 1050
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 987 min nəfəri ötüb

Sentyabrın 9-da Azərbaycanda 59 min 268 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 min 270, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 min 998 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 430 min 450, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 442 min 484, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 987 min 966 nəfər təşkil edir.