logo

Azərbaycanda daha 2254 nəfər koronavirusa yoluxdu, 35 nəfər öldü

18:36 09-09-2021 | icon 2296
Azərbaycanda daha 2254 nəfər koronavirusa yoluxdu, 35 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2254 yoluxma faktı qeydə alınıb, 3655 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 452 min 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 min 224 nəfər müalicə olunaraq sağalıb, 5 min 994 nəfər vəfat edib. Aktiv xəstə sayı 49 min 318 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 753, bu günə qədər isə ümumilikdə 4 milyon 608 min 573 test icra olunub.