logo

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək?

18:09 09-09-2021 | icon 6573
Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək?

Təhsil Nazirliyi vaksin olunmayan təhsil işçilərinin maaşlarının kəsilib-kəsilməyəcəyi məsələsi ilə bağlı açıqlama verib.

YeniAvropa xəbər verir ki, məsələ ilə bağlı bu gün keçirilən brifinqdə danışan təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, vaksinasiya prosesindən keçməyən təhsil işçiləri barədə hələlik qəti qərar verilməyib və müzakirələr aparılır:

“Məsələ barədə Nazirlər Kabinetinin yeni qaydaları hazırlanır. Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, Təhsil Nazirliyinin yaydığı məlumata görə, vaksin olunmayan və “Əks göstəriş sertifikatı”nı təqdim etməyən təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək.