logo

Rüşvət alan polis əməkdaşları kameraya belə tuş gəldi-VİDEO

16:49 09-09-2021 | icon 1603
Rüşvət alan polis əməkdaşları kameraya belə tuş gəldi-VİDEO

AAAF Park yaşayış binasının sakinləri tikinti şirkətinin işçilərindən rüşvət alarkən polis əməkdaşını gizli şəkildə videoya çəkib.

YeniAvropa xəbər verir ki, daha sonra həmin video KİV-lərə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin video  Nazirlikdə diqqətlə öyrənilib və rüşvət alma faktı təsdiqlənib.

Polis çavuşu E. Abbasov Azərbaycan polisini nüfuzdan saldığı hərəkətlərə görə Daxili İşlər Nazirliyi sıralarından uzaqlaşdırılıb.