Sahibə Qafarova Terrorizmlə Mübarizə üzrə I Qlobal Parlament Sammitində çıxış edib
Sentyabrın 9-da Avstriyanın paytaxtı Vyana şəhərində Terrorizmlə Mübarizə üzrə Birinci Qlobal Parlament Sammiti keçirilib.
YeniAvropa xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edib. S.Qafarova 11 sentyabr hadisələrindən sonra terrorizmin qarşısının alınmasının və onunla mübarizənin dövlətlərin gündəliyində dayanan ən vacib məsələlərdən birinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq ictimaiyyət hazırkı mərhələdə təhlükəsizliyə təhdid və əsas insan hüquqlarının kobud surətdə pozulması olan terrorizmlə mübarizəyə paralel olaraq, BMT çərçivəsində qəbul edilmiş beynəlxalq sənədlərdə effektiv antiterror tədbirlərinin əsas elementlərdən biri kimi qəbul edilmiş terror qurbanlarının hüquqlarını tam nəzərə almalıdır. Milli Məclisin sədri dünyada terror qurbanlarına və onların ailələrinə lazımi dəstəyin göstərilməsinin vacibliyini söyləyərək əlavə edib ki, parlamentlər terror qurbanlarına mümkün olan ən böyük yardım və dəstəyin göstərilməsi üçün təsirli mexanizmlərin formalaşmasında əsas rol oynayaraq, bu məsələnin həllində hökumət, vətəndaş cəmiyyəti təşkilatları, media və özəl sektor arasında əməkdaşlığı yaradan inklüziv qanunlar hazırlamalıdır. Terror qurbanlarına dəstəklə bağlı müvafiq qanun və qaydalar BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasında və Terror Qurbanlarına Yardım üzrə Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsinə dair Qətnaməsində təsbit edilmiş prinsip və öhdəlikləri özündə əks etdirməlidir.
Milli Məclisin sədri heç bir ölkənin terror təhlükəsindən sığortalanmadığını nəzərə alaraq, bütün dövlətlər tərəfindən terror qurbanlarına dəstək üçün müvafiq hüquqi və institusional tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın xarici döyüşçü terrorçular, terrorizmin maliyyələşdirilməsi, terrorizm, zorakı separatizm, ekstremizm və digər qanunsuz fəaliyyətlər arasındakı əlaqənin aradan qaldırılması da daxil olmaqla, bütün formalarda və təzahürlərdə terrorçuluğa qarşı mübarizədə ardıcıl dəstək göstərdiyini xatırladan Sahibə Qafarova vurğulayıb ki, ötən il 44 günlük müharibə Ermənistanın Azərbaycana qarşı fəal şəkildə istifadə etdiyi zorakı separatizm, terrorizm və ekstremizm arasındakı əlaqəni açıq şəkildə göstərib.
S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycana qarşı törədilən terror aktlarının qurbanları ilə bağlı xüsusi şərtlər nəzərə alınmaqla, ölkəmizdə terror qurbanlarının ehtiyaclarını qarşılamaq üçün geniş və davamlı dövlət və qeyri-hökumət yardımları mövcuddur. Azərbaycanın bu sahədəki siyasəti terror qurbanlarının və onların ailələrinin həyatlarının sürətlə normallaşmasına yönəlib.
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb