logo

Azərbaycanda 2022-ci ildə inflyasiya 3,6 faiz proqnozlaşdırılıb

15:34 09-09-2021 | icon 3094
Azərbaycanda 2022-ci ildə inflyasiya 3,6 faiz proqnozlaşdırılıb

Bu ilin sonuna 4,9 faiz, 2022-ci ildə 3,6 faiz proqnozlaşdırılan inflyasiyanın azalan templə 2025-ci ildə 3,2 faizə qədər enəcəyi gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.

İnflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2025-ci ildə 77,3 milyard manata, xərclərinin isə 69,8 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.