logo

Sabah Bakıda 26° isti olacaq, bəzi bölgələrdə qısamüddətli yağış yağacaq

14:09 09-09-2021 | icon 1526
Sabah Bakıda 26° isti olacaq, bəzi bölgələrdə qısamüddətli yağış yağacaq

Azərbaycanda sentyabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20°, gündüz 24-27° isti, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 25-29° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacağı ehtimal edilir.