logo

Ankarada Türkiyə,Azərbaycan və  Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin iclası keçiriləcək

12:21 09-09-2021 | icon 1470
Ankarada Türkiyə,Azərbaycan və  Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin iclası keçiriləcək

Yaxın vaxtlarda Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin birgə iclası keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib.

O, həmçinin , bildirib ki, eyni zamanda, yaxın vaxtlarda Türkiyə parlamentinin sədri Mustafa Şəntop da Gürcüstana səfər edəcək.

“Gürcüstan, Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri var. Hökumətlər səviyyəsində yaxşı əməkdaşlığımız mövcuddur. Pandemiya səbəbindən parlamentlər səviyyəsində əlaqələr intensiv olmayıb. Biz qanunverici orqanlar arasında da əlaqələri inkişaf etdirəcəyik”, -deyə komitə sədri vurğulayıb.