logo

 Vladimir Putin Şarl Mişellə Qarabağı müzakirə edib

21:28 08-09-2021 | icon 1659
 Vladimir Putin Şarl Mişellə Qarabağı müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi barədə danışıb.

 YeniAvropa Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya prezidenti və Avropa Şurasının prezidenti bu məsələni telefonla müzakirə ediblər.

“Dağlıq Qarabağ ətrafında vəziyyət nəzərdən keçirilib. Şarl Mişelin xahişi ilə Rusiya prezidenti 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi üzrə atılan addımlar haqqında məlumat verib", -deyə məlumatda bildirilir.

Tərəflər Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.