logo

Oktyabrın 15-dək gələn ilin dövlət büdcə layihəsi Milli Məclisə təqdim ediləcək

20:10 08-09-2021 | icon 539
Oktyabrın 15-dək gələn ilin dövlət büdcə layihəsi Milli Məclisə təqdim ediləcək

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.

O bildirib ki, növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.