logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 952 min nəfəri ötüb

17:33 08-09-2021 | icon 1092
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 952 min nəfəri ötüb

Sentyabrın 8-də Azərbaycanda 64 min 33 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 min 550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 483 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 371 min 182, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 418 min 214, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 952 min 968 nəfər təşkil edir.