logo

Həbsdə olan Ağstafanın sabiq icra başçısı COVİD-19-dan dünyasını dəyişdi

16:48 08-09-2021 | icon 1435
Həbsdə olan Ağstafanın sabiq icra başçısı COVİD-19-dan dünyasını dəyişdi

Ədliyyə Nazirliyinin Penitensiar xidməti sabiq icra başçısının ölümü ilə bağlı məlumat yayıb.

YeniAvropa xəbər verir ki, Xidmətdən daxil olan məlumatda qeyd edilib ki, sabiq icra başçısı ötən gün "COVİD-19"dan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

"Kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat etmişdir.
Qeyd edək ki, son günlər N.Quliyevin bədən hərarətinin 37.1-37.4C0 olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.
Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilmiş və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunaraq "COVİD-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilmiş və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilmişdir.
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat etmişdir",-deyə məlumatda bildirilib.