logo

Fövqəladə hallar naziri faciəli şəkildə həlak oldu

12:44 08-09-2021 | icon 3066
Fövqəladə hallar naziri faciəli şəkildə həlak oldu

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) başçısı Yevgeni Ziniçev Norilskdə keçirilən təlimlərdə həlak olub.

YeniAvropa  "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

“Hüznlə bildiririk ki, Rusiya FHN-nin başçısı Yevgeni Ziniçev Norilskdə arktik zonanın fövqəladə hallardan müdafiəsi üzrə idarələrarası təlimlər zamanı xidməti borcunu yerinə yetirərkən, insan həyatını xilas edərkən faciəli surətdə həlak olub”, - deyə nazirliyin məlumatında bildirilib.

Qeyd edək ki, Yevgeni Ziniçev 2018-ci ildən Rusiyanın fövqəladə hallar naziri vəzifəsində işləyirdi. Onun 55 yaşı vardı.