logo

Hərbçiliərimiz “TurAz Şahini - 2021” təlimlərində tapşırıqları icra edirlər

09:52 08-09-2021 | icon 1463
Hərbçiliərimiz “TurAz Şahini - 2021” təlimlərində tapşırıqları icra edirlər

“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, tapşırığın ssenarisinə uyğun olaraq, şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.