logo

Oktyabrda Bakıda İnvestisiya Sammiti keçiriləcək

18:27 07-09-2021 | icon 826
Oktyabrda Bakıda İnvestisiya Sammiti keçiriləcək

Sentyabrın 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) baş katibi Yusif Həsən Xələvi ilə görüşüb.

KOBİA-dan YeniAvropa-ya bildirilib ki, görüşdə Orxan Məmmədov agentliyin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) struktur bölmələri ilə əməkdaşlıq etdiyini, qurumun Gənclər Forumu (ICYF) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabrında Bakıda İnvestisiya Sammitinin keçiriləcəyini qeyd edib. Vurğulanıb ki, İƏT-in müvafiq qurumları ilə əməkdaşlığın davamı olaraq, KOBİA ICCIA ilə də əməkdaşlıqda maraqlıdır.

Görüşdə KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, ICCIA ilə əməkdaşlıq imkanlarına, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iş adamları və yerli sahibkarlar arasında əlaqələrin qurulmasına, bu məqsədlə birgə tədbirlərin təşkilinə, ortaq layihələrin icrasına və təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.