logo

Azərbaycan və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

18:08 07-09-2021 | icon 3703
Azərbaycan və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, millimiz A qrupundakı beşinci oyununda Portuqaliya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Artıq komandaların start heyətləri açıqlanıb.

Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Namik Ələskərov, Emin Mahmudov, Mahir Emreli, Abbas Hüseynov, Elvin Bədəlov, Təmkin Xəlilzadə və Filip Ozobiç yer alıblar.

Portuqaliya seçməsinin heyətində isə meydana Ruy Patrisiu, Pepe, Ruben Diaş, Rafael Gerreyro, Joau Palinya, Joau Moutinyu, Andre Silva, Bernardu Silva, Brunu Fernandeş, Joau Kanselu və Dioqu Jota çıxacaqlar.

Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edəcək. Ona yan xətt hakimləri Filippo Meli, Alessandro Kostanzo köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.