logo

İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısını təbrik etdi

16:26 07-09-2021 | icon 1771
İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısını təbrik etdi

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvünlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab prezident,

Ölkənizin müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".