logo

Oktyabrda Türkiyədə “Fulya” sənədli filminin premyerası olacaq

16:07 07-09-2021 | icon 1960
Oktyabrda Türkiyədə “Fulya” sənədli filminin premyerası olacaq

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” sənədli filminin çəkilişləri başa çatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə“Azərbaycanfilm”dən bildirilib. 

Qeyd edilib ki, filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə müharibənin acı həqiqətlərini dünyaya çatdıran ”CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün fəaliyyətindən bəhs olunur.

Oktyabrın 8-də ekran əsərinin Türkiyədə premyerası olacaq. Sənədli filmin Azərbaycanda nümayişinin vaxtı isə hələlik dəqiqləşməyib.