logo

Tədris ilinə 5 gün gec başlanması məktəblilərin tətil günlərindən çıxılacaq

15:07 07-09-2021 | icon 1988
Tədris ilinə 5 gün gec başlanması məktəblilərin tətil günlərindən çıxılacaq

Tədris ilinə 5 tədris günü gec başlanması məktəblilərin tətil günləri ilə əvəzlənəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə məlumat verib.

O bildirib ki, tədrisə sentyabrın 22-də başlanması tədris ilinin günlərinin azalması demək deyil. Çalışacağıq ki, tətil günlərində tədricən ötürülən tədris günlərini əvəzləyək.