logo

Sabunçuda narkotika satan 16 nəfər tutulub-aralarında qadınlar da var

14:54 07-09-2021 | icon 1729
Sabunçuda narkotika satan 16 nəfər tutulub-aralarında qadınlar da var

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bilgəh, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən YeniAvropa-ya bildirilib ki, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Arzu Əliyev saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirilib. Axtarış zamanı onun üzərindən 1 kiloqram 50 qram heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən rayonun Zabrat, Balaxanı Bilgəh və digər qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Arzu Əliyev narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birində yaşayan və narkotik vasitələrin satışını həyata keçirən şəxsdən aldığını qeyd edib.

Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Elxan Zeynalabdinov və oğlu Fərid Zabrat qəsəbəsində saxlanılıblar. Həmin şəxslərdən hazır satış üçün qablaşdırılan 11 bükümdə ümumi çəkisi 15 qram olan heroin, 14 bükümdə metamfetamin və 28 kibrit qutusunda satış üçün nəzərdə tutulan 71 qram marixuana aşkar olunub. Elxan və Fərid Zeynalabdinovlar ifadələrində Sabunçu rayonunun kənd və qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər - İlqar Həsənov, Mahir Əliyev, Famil Əzimov, Fazil Qədimov, Kazım Orucov, Zamin Sadıqzadə, Malik Məmmədov, Taryel Səlimov, Rəcəb Bağırov, Elçin Əliyev, Nadir Kərimov, İranə Quliyeva və Ləman Abdullayeva saxlanılıblar.

Onların da üzərindən külli miqdarda heroin netamfetamin aşkar edilərək götürülüb. Həmin şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalar başlanıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar və barələrində araşdırmalar davam etdirilir. Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.