logo

İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin etdi

13:44 07-09-2021 | icon 1638
İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin etdi

Prezident İlham Əliyev sentyabrın 7-də Azərbaycan Respublikasının gənclər və idman nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir:"Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilsin".

Qeyd edək ki, Fərid Qayıbov 1979-cu ildə Bakıda anadan olub.

Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinin məzunudur.

Daha sonra P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib. 

2003-cü ildən Azərbaycan Gimnastika Federasiyasında menecer kimi işləməyə başlayıb, daha sonra federasiyanın katibi seçilib. 2017-ci ildə Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.

 

Xatırladaq ki, gənclər və idman naziri Azad Rəhimov ötən ilin sonundan ağır xəstəlik səbəbindən işə çıxmırdı. Bu ilin yanvarında halı pisləşdiyindən ağır vəziyyətdə müalicə üçün ABŞ-a aparılıb. 4 ay ay komada qalan Azad Rəhimov  aprelin 30-da xəstəxanada dünyasını dəyişib. 

Mayın 1-də nəşi Bakıya gətirilərək II Fəxri xiyabanda dəfn edilib. 

Azad Rəhimov 2006-ci ildə gənclər və idman naziri təyin edilmişdi.