logo

Göygöldə avtomobil piyadanı vurub öldürdü

22:32 06-09-2021 | icon 2086
Göygöldə avtomobil piyadanı vurub öldürdü

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Belə ki, "Pajero" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən Göygöl rayon sakini, 1966-cı il təvəllüdlü Bilal İsgəndərovu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.