logo

Qarabağdakı rus sülhməramlılarının komandanı Rüstəm Muradovun missiyası başa çatır

20:10 06-09-2021 | icon 1897
Qarabağdakı rus sülhməramlılarının komandanı Rüstəm Muradovun missiyası başa çatır

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri xəbər yayıb. Rüstəm Muradovu kimin əvəz edəcəyi barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, Rüstəm Muradov Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında ötən ilin 10 noyabrında imzalanmış bəyanata əsasən, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin edilib.

Hələ mayda bildirilirdi ki, Rüstəm Muradov rotasiya prinsipi üzrə Cənub hərbi dairəsinin komandan müavini Aleksey Avdeyevlə əvəzlənə bilər. Ancaq həmin vaxt Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla əlaqədar yaranan gərgin vəziyyət səbəbindən R.Muradov vəzifəsində qalıb.

Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dağıstanın Dərbənd rayonunun Çinar kəndində anadan olub.

O, 2018-ci ilin dekabrından Rusiya Federasiyasının Cənub Hərbi Dairəsi komandanının müavinidir. Rusiya Prezidentinin 20 fevral 2020-ci il tarixli fərmanı ilə R.Muradova general-leytenant rütbəsi verilib.