logo

Prezident Samir Şərifovla Fərəh Əliyevaya “Şöhrət” ordeni verdi

17:34 06-09-2021 | icon 1701
Prezident Samir Şərifovla Fərəh Əliyevaya “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev sentyabrın 6-da "Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə" Fərəh Şirməmməd qızı Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyevin bu gün imzaladığı digər bir sərəncamla "Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə" Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki,  Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Samir Şərifov isə maliyyə naziridir. Hər iki məmurun sabah 60 yaşı tamam olur.