logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 4 milyon 359 min nəfəri ötüb

15:44 06-09-2021 | icon 2758
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 4 milyon 359 min nəfəri ötüb

Sentyabrın 6-da Azərbaycanda 1107 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 236 min 381, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 359 min 737, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 876 min 644 nəfər təşkil edir.