logo

Azərbaycanda daha 2406 nəfər koronavirusa yoluxdu, 37 nəfər öldü

15:20 06-09-2021 | icon 2926
Azərbaycanda daha 2406 nəfər koronavirusa yoluxdu, 37 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2406 yoluxma faktı qeydə alınıb, 2867 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 445 min 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 386 min 549 nəfər müalicə olunaraq sağalıb, 5 min 879 nəfər vəfat edib. Aktiv xəstə sayı 52 min 850 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 550, bu günə qədər isə ümumilikdə 4 milyon 563 min 70 test icra olunub.